DÇ-2026: Argentinadan ilk, Braziliyadan ikinci məğlubiyyət

DÇ-2026:  Argentinadan ilk, Braziliyadan ikinci məğlubiyyət

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, Lionel Messili Argentina yığması cari mərhələdə ilk məğlubiyyətini doğma meydanda alıb.

Braziliya millisinin isə səfərdə uduzmaqla bu tsikldə ikinci yenilgisi əsmiləşib.

5 turdan sonra son dünya çempionları 12 xalla birinci, Uruqvay 10 xalla üçüncü pillədə qərarlaşıb. Növbəti 3 pillədə dayanan komandalardan Kolumbiyanın 9, Venesuelanın 8, Braziliyanın isə 7 xalı var.


DÇ-2026. Cənubi Amerika zonası. Seçmə mərhələ. 5-ci tur


Boliviya - Peru 2:0

Qollar: H.Vaca, 20, R.Vaca, 87.

Argentina - Uruqvay 0:2

Qollar: R.Arauxo, 41, D.Nunyes, 87.

Kolumbiya - Braziliya 2:1

Qollar: L.Dias, 75, 79 - Q.Martinelli, 4.

Venesuela - Ekvador 0:0

Çili - Paraqvay 0:0