UEFA Azərbaycan himninin yanlış çalınması il bağlı qərar verib
UEFA AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunda keçirilmiş Belçika - Azərbaycan oyununda Dövlət Himnimizin yanlış çalınması ilə bağlı qərarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, Avropa futbol təşkilatı Belçika Kral Futbol Assosiasiyasına (RBFA) şifahi xəbərdarlıq etməklə kifayətlənib.
Meydan sahiblərinin xətası yarışın əsasnaməsinin ciddi pozuntusu yox, texniki səhv kimi qiymətləndirilib.
Qeyd edək ki, matç belçikalıların 5:0 hesablı qələbəsilə yekunlaşıb.