Payız Kuboku”na start veriləcək
Azərbaycan Şahmat Federasiyası və AŞF Bəstəçilik Komissiyası noyabrın 8-dən etibarən bəstəçilik üzrə “Payız Kuboku”na start verəcək.
Mediasport.az xəbər verir ki, yarışda istənilən şahmatçı iştirak edə bilər.
Hər müəllif hər bölməyə bir şahmat bəstəsindən artıq olmayaraq orijinal (heç yerdə dərc olunmayan) məsələ və ya etüd göndərə bilər.
Birgə əsərlərə icazə verilmir. Hər bir iştirakçı yarışa şahmat bəstəsi təqdim edərkən, elektron ünvanını və telefonunu qeyd etməlidir.
Bəstələr hakimlərə anonim olaraq, yəni müəlliflər göstərilmədən göndəriləcək. Anonimliyi qorumaq üçün yarışların hakimləri barədə əlavə məlumat veriləcək.
Şahmat bəstələrinin yarışın direktoruna son göndəriş tarixi – 01.12.2023 (saat 22.00).
Yarışın direktoru beynəlxalq hakim İlham Əliyev olacaq.