Sumqayıtda konsert olacaq

Sumqayıtda konsert olacaq

Fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda əsaslı təmir və yenidənqurmadan sonra açılış matçının keçiriləcəyindən məlumatlısız.

Mediasport.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Neftçi"ni qəbul edəcək.

Matçdan öncə stadionun açılış mərasimi ilə bağlı konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Tədbirdə müğənnilər Hiss və Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.

Görüş saat 15:00-da start götürəcək.