"Qarabağ"ın ÇL rəqibi İspaniya klubunu darmadağın etdi

"Qarabağ"ın ÇL rəqibi İspaniya klubunu darmadağın etdi

Futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi "Linkoln" növbəti yoldaşlıq oyununu keçirib.

MediaSport.az xəbər verir ki, Cəbəllütariq klubu İspaniyanın aşağı liqa komandalarından "Almunesar Siti" ilə qarşılaşıb.

"Qırmızı bilislər" doğma meydanda keçirilən görüşdə böyük hesablı qələbə qazanıblar - 5:0. Qolları Marko Rosa, Xuanfri, Kike və Li Çipolina vurublar.

"Linkoln" ilk yoxlama matçında İraq millisinə məğlub olub - 1:2.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.