Peşəkar Futbol Liqası Qara Qarayevi mükafatlandırdı - FOTO

Peşəkar Futbol Liqası Qara Qarayevi mükafatlandırdı - FOTO

Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsi çərçivəsində may ayının qalibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, qurumun sosial şəbəkə hesablarında keçirdiyi sorğunun nəticələrinə əsasən may ayının qalibi adını “Neftçi”nin futbolçusu Qara Qarayev qazanıb.

Onun Premyer Liqanın 35-ci turunun "Səbail" səfərində vurduğu qol ən yaxşı seçilib.

Qara səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Alaşı qabaqlayıb.

Yarımmüdafiəçiyə PFL tərəfindən ənənəvi mükafatlar verilib.

32 yaşlı futbolçuya mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.