Milli komandamızın futbolçusu üçüncü liqa klubuna keçdi
Azərbaycanın U-21 yığma komandasının forvardı Mustafa Yıldırım özünə yeni komanda tapıb.
mediasport.az xəbər verir ki, milliləşdirilmiş türkiyəli futbolçu ölkəsinin üçüncü liqasında mübarizə aparan “Çorumspor”la müqavilə bağlayıb.
Son olaraq “İstanbulspor”da çıxış etmiş hücumçu Azərbaycan klublarından dəvət alsa da, Türkiyədə qalmağa üstünlük verib. O, U-21 yığmamızda 4 oyun keçirib.