İdmançılarımız Polşada daha 3 medalı rəsmiləşdirdilər - Avropa Oyunları

İdmançılarımız Polşada daha 3 medalı rəsmiləşdirdilər - Avropa Oyunları

Muay-tay üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında 3 medalı rəsmiləşdirib. 

MediaSport.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Aysu Devrişova 1/4 final mərhələsində xorvatiyalı Zelyana Pitesa üzərində 30:26 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib və azı bürünc medalı təmin edib.

Digər qadın idmançımız Emili Rzayeva da yarımfinala vəsiqə qazanmaqla bunu reallaşdırıb. Onun 63,5 kq çəki dərəcəsində 1/4 final mərhələsindəki rəqibi Nora Kornelli (Fransa) çəkiyə gəlmədiyi üçün Rzayeva qalib elan olunub.

Kişi idmançılardan Xəyal Əliyev də yarışda azı bürünc medalı qarantiləyib. 67 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda gürcüstanlı Georgi Kleyni vaxtından əvvəl nokdaunla məğlub etməklə yarımfinala çıxıb.

71 kq-da yarışan Məhəbbət Hümbətov isə 1/4 finalda polşalı Yakub Rayevskiyə uduzub.