DÇ-nin son günündə 3 sərbəst güləşçimiz medal qazana bilər

DÇ-nin son günündə 3 sərbəst güləşçimiz medal qazana bilər

Bu gün Albaniyanın Tirana şəhərində keçirilən güləş üzrə qeyri-olimpiya çəki dərəcələrində dünya çempionatına yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, son yarış günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal qazana bilər.

61 kq-da Nürəddin Novruzov, 79 kq-da Orxan Abasov və 92 kq-da Abubakr Abakarov təsəlliverici görüşlərə çıxacaq.

Təmsilçilərimiz ilk rəqibləri keçsələr, bürünc medal görüşlərinə vəsiqə əldə edəcəklər.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar.