Rəşad Sadıqov Türkiyə klubunun simvolik heyətinə daxil edildi

 Rəşad Sadıqov Türkiyə klubunun simvolik heyətinə daxil edildi

"TRT Spor" Türkiyənin 1-ci Liqa təmsilçisi “Kocaelispor” klubunun tarixi ərzində heyətində çıxış etmiş əcnəbi futbolçularından ibarət rəmzi heyətini tərtib edib.

Mediasport.az xəbər verir ki, "11-lik"də Azərbaycan millisinin sabiq kapitanı, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da yer alıb.

Xatırladaq ki, Sadıqov 2008/2009-cu illər mövsümündə Superliqada “Kocaelispor”un heyətində 16 oyun keçirib.