"Qarabağ"ın Avropa Liqasında rəqibinin kapitanı ciddi zədə aldı
UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olacaq Rumıniyanın FKSB komandasının kapitanı Darius Olaru ciddi zədə alıb.
Mediasport.az xəbər verir ki, Buxarest təmsilçisinin 26 yaşlı yarımmüdafiəçisinin Almaniyanın "Hamburq" klubu ilə yoldaşlıq görüşündə çiyni çıxıb.
Həkimlər futbolçunun 1 aya yaxın yaşıl meydanlardan kənar qalacağını bildiriblər.
Xatırladaq ki, Azərbaycan çempionu rumınlarla 7-ci tur çərçivəsində yanvarın 23-də Bakıda qarşılaşacaq.