"Qarabağ" və "Neftçi" Slovakiya millisinin eks üzvünü istəyir

"Qarabağ" və "Neftçi" Slovakiya millisinin eks üzvünü istəyir

Qış hazırlığını davam etdirən "Qarabağ" və "Neftçi" Slovakiya millisinin sabiq futbolçusu Samuel Mrazla maraqlanır.

Mediasport.az "FutbolNews"a istinadən xəbər verir ki, Polşanın "Motor" klubunda oynayan hücumçu karyerasını Azərbaycanda davam etdirə bilər.

Bildirilir ki, "Neftçi" keçid üçün hərəkətə keçib, Ağdam klubu isə yayı gözləyir.

27 yaşlı mərkəz forvardının Lüblin təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.

Mraz 2018-2022-ci illərdə Slovakiyanın əsas yığmasında 5 matç keçirib.