"Neftçi" üzərində qələbə "Sabah"a baha başa gəldi
Premyer Liqanın 11-ci turu çərçivəsində "Neftçi"nin qonağı olan "Sabah" ciddi itki ilə üzləşib.
mediasport.az xəbər verir ki, Masazır təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmada komandanın aparıcı futbolçusu Aleksey Kaşuk zədələnib.
Ukraynalı ayağından zədələndikdən sonra meydanı tərk edib.