Prezident İlham Əliyevdən Olimpiya çempionları ilə bağlı FƏRMAN

 Prezident İlham Əliyevdən Olimpiya çempionları ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycanın olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında" Fərman imzalayıb.

Mediasport.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib.

Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.

“Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri “minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.