Qadın voleybolçular AMADA-nın seminarında iştirak etdilər
Azərbaycan Voleybol Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi seminarda iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.
Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.