"Qarabağ" 8-ci dəfə Avropa Liqasının qrupuna vəsiqə qazandı

"Qarabağ" 8-ci dəfə Avropa Liqasının qrupuna vəsiqə qazandı

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Avropa Liqasında vacib qarşılaşmaya çıxıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Sloveniya çempionu "Olimpiya"nı qəbul edib.

Tarixində 10-cu dəfə avrokuboklarda qruplara düşməyi ötən həftə qarantiləyən Qurban Qurbanovun komandası bu uğura ardıcıl imza atıb.

"Atlılar" bu 10 zəfərdən 8-cisini Avropa Liqasının qruplarında yaşayacaqlar.

Ötən həftə Sloveniyada rəqibinə 2:0 hesabı ilə qalib gələn təmsilçimiz iki duelin yekununa əsasən sloveniyalıları mübarizədən kənarlaşdırmaqla yoluna Avroliqanın qrup mərhələsində davam etmək imkanı qazanıb.

Komandamızın qrupdakı rəqibləri sabah keçiriləcək püşkatmadan sonra məlum olacaq.


UEFA Avropa Liqası. Pley-off mərhələsi. Cavab oyunu


20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) 1:1 (ilk oyun 2:0)

Qollar: Toral Bayramov, 24 - Dioqu Pintu, 36.

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 23. Luka Quqeşaşvili, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 19. Redon Cica, 10. Abdullah Zubir (k).

Baş məşqçi: Qurban Qurbanov.

"Olimpiya": 69. Matevj Vidovşek, 43. Alyaj Krefl, 14. Marsel Ratnik, 6. Mateo Karamatiç, 2. Jorje Silva, 23. Dioqo Pinto, 10. Timi Elşnik (k), 34. Aqustin Doffo, 20. Nemanya Motika, 37. Pedro Lukas, 99. Rui Pedro

Baş məşqçi: Joao Enrike