"Kocaelispor" Şeydayevə görə "Buriram"a milyon yarım ödəyəcək

"Kocaelispor" Şeydayevə görə "Buriram"a milyon yarım ödəyəcək

Türkiyənin "Kocaelispor" klubu bu gün-sabah "Buriram Yunayted"in futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayacaq.

Kocaeli təmsilçisinin prezidenti Engin Koyun Türkiyə mətbuatına açıqlamasında Azərbaycan millisinin hücumçusu ilə 1.5 illik anlaşmaya imza atacaqlarını bildirib.

Mediasport.az saytı Superliqaya yüksəlməyi hədəfləyən komandanın transferə görə Tailand təmsilçisinə nə qədər təzminat ödəyəcəyini dəqiqləşdirə bilib.

1-ci Liqa klubu asiyalılara 850 min avro kompensasiya ödəyəcək.

Tailanda ötən yay "Qarabağ"dan yollanmış Şeydayevin "Buriram Yunayted"lə 1+1 illik müqaviləsinin olduğu deyilir.