Avropa Liqası: "Qarabağ"ın oyunu üçün 1 sutkaya 27 min bilet satıldı
Martın 7-də UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu üçün satılan bilet sayı açıqlanıb.
Ağdam təmsilçisindən Mediasport.az saytına verilən məlumata görə, ötən 1 gündə qarşılaşma üçün artıq 27 min bilet satılıb.
Bilet satışı davam edir və məhdud sayda bilet qalıb.
Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
"Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.
Qeyd edək ki, görüş Bakı vaxtilə saat 21:45-də başlanacaq.