AVRO-2024: Yığma komandamız Estoniyada dəstəksiz qalmayacaq

AVRO-2024: Yığma komandamız Estoniyada dəstəksiz qalmayacaq

AVRO-2024-ün seçmə qrup mərhələsinin 7-ci turu çərçivəsində sabah Tallində baş tutacaq Estoniya - Azərbaycan oyununda yığmamız dəstəksiz qalmayacaq.

Mediasport.az xəbər verir ki, komandamızı səfər görüşündə 100-dək azarkeş dəstəkləyəcək.

Estoniyada yaşayan həmvətənlərimiz bilet almaq üçün AFFA-ya müraciət ediblər.

Bununla yanaşı, onlar üçün “iTicket.az” saytında xüsusi link yerləşdirilib ki, daxil olub bilet ala bilsinlər.

Qeyd edək ki, sabah “Le Kok” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.