"Şamaxı" 12 ildən sonra anti-rekordla yadda qaldı
Şamaxı” cari mövsümdə keçirdiyi ardıcıl 10-cu oyunda da qapısından qol buraxıb.
mediasport.az xəbər verir ki, bölgə təmsilçisi çempionatın startından bütün görüşlərdə rəqib qoluna üzülən yeganə komandadır.
Bu, ölkə çempionatlarında son 12 ildə ilk belə seriyadır. Startda ardıcıl 10 oyunda qol buraxan sonuncu komandalar 2010/11 mövsümünə təsadüf edib. Həmin vaxt həm “Bakı”, həm “Turan” ilk 10 turun matçlarının heç birində qapısını toxunulmaz saxlaya bilməyib.
“Şamaxı” bu tur öz meydanında “Qəbələ” ilə heç-heçə edib – 1:1.