"Qarabağ" ilk transferi reallaşdırdı
"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Ağdam klubu qapıçı Fabiyan Buntiç heyətə cəlb edib.
Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb.
Yeni transfer 2027-ci ilin yayına qədər komandamızda çıxış edəcək.
Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub.
O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qolkiper Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.