Azərbaycan yığmasının dünya reytinqində mövqeyi dəyişmədi

Azərbaycan yığmasının dünya reytinqində mövqeyi dəyişmədi

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan yığması dünyada 75-cidir.

Siyasət Əsgərovun başçılıq etdiyi kollektivin hesabında 1311,98 xal var.

Komandamız ötən cədvəldəki mövqeyini qoruyub.

Siyahıda lider dəyişib - ABŞ millisi 2076,90 xalla birinci pilləyə yüksəlib.