“Qarabağ” keçmiş SSRİ klublarının reytinq cədvəlinə başçılıq edir - SIRALAMA
“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində keçmiş SSRİ ölkələri klubları arasında birinci pillədə qərarlaşıb.
Mediasport.az xəbər verir ki, dünyada 64-cü, Avropada isə 40-cı olan Ağdam təmsilçisi keçmiş SSRİ məkanı təmsilçilərinin siyahısına liderlik edir.
Qurban Qurbanovun komandası aktivindəki 144,5 xalla “Şaxtyor” kimi klubu geridə qoyub. Donetslilər dünya reytinqində 78-ci, Avropa sıralamasında isə 48-ci yerdə dayanıblar.
Keçmiş SSRİ məkanında Azərbaycanın reytinqdəki digər klublarından “Sabah” 14-cü, “Neftçi” 16-cı sıradadır.
İlk “10-luq"
1.“Qarabağ” (Azərbaycan) – 144,5 xal (Dünyada 64-cü)
2.“Şaxtyor” (Donetsk, Ukrayna) – 135,5 (78)
3.“Dnepr-1” (Ukrayna) - 117,25 (105)
4.“Şerif” (Moldova) - 115,5 (108)
5.“Jalgiris” (Litva) – 106 (127)
6.“Pünik” (Ermənistan) – 102,5 (137)
7.RFS (Latviya) – 90 (170)
8. “Urartu” (Ermənistan) – 80 (204)
9.“Dinamo” (Kiyev, Ukrayna) – 79,5 (120)
10.“Riqa” (Latviya) – 77 (221)