"Qarabağ" Norveçdə məşqə çıxmayacaq - Matça bilet almaq istəyən azarkeşlərin nəzərinə!

 "Qarabağ" Norveçdə məşqə çıxmayacaq - Matça bilet almaq istəyən azarkeşlərin nəzərinə!

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde”nin qonağı olacaq “Qarabağ”ın oyunöncəsi son məşqi Bakıda keçiriləcək.

Mediasport.az xəbər verir ki, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşq noyabrın 28-də “Azersun Arena”da təşkil ediləcək

Hazırlıq prosesi saat 18:30-da başlanacaq.

Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı isə Norveçdə olacaq.

Noyabrın 29-da keçiriləcək tədbir yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00-da) start götürəcək.

"Köhlən atlar" Norveçə noyabrın 29-u səhər saatlarında çarter reysi ilə yola düşəcəklər.

Azərbaycan çempionunun azarkeşləri üçün ayrılmış biletlər (737 ədəd) oyun günü - noyabrın 30-u yerli vaxtla 19:00-dan etibarən “Molde” stadionunun K sektorunun qarşısında satılacaq.

Biletin qiyməti 200 Norveç kronu (təqribən 17,05 avro) təşkil edir.

Bilet almağa gələn azarkeşlər özləri ilə şəxsiyyəti təsdiq edən sənəd götürməlidirlər.