Azərbaycan çempionu bu dəfə konqolu forvardı transfer etdi - RƏSMİ

Azərbaycan çempionu bu dəfə konqolu forvardı transfer etdi - RƏSMİ

Ötən mövsüm Birinci Divizionda (1-ci Liqa) çempion olmuş “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

MediaSport.az xəbər verir ki, komanda bu dəfə Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb.

Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

Qeyd edək ki, 186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Maltanın “Hamrun Spartans” klubu olub.

Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Vişexrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.