Millimizin yarımmüdafiəçisi Rusiya klubu ilə müqavilə bağladı - RƏSMİ

Millimizin yarımmüdafiəçisi Rusiya klubu ilə müqavilə bağladı - RƏSMİ

Futbol üzrə Azərbaycanın U-19 yığmasında forma geyinmiş Sadıq Bağıyev Rusiya İkinci Liqasında çıxış edəcək.

MediaSport.az xəbər verir ki, 2022-ci ildən "Kuban Holdinq"in əvəzediciərində oynayan 19 yaşlı yarımmüdafiəçi əsas komandaya yüksələrək rəsmi müqavilə bağlayıb.

Futbolçu Kuban klubu ilə 1,5 illik anlaşmaya qol çəkib.

İstedadlı futbolçunun bugünlərdə U-21 milli komandamıza dəvət alacağı gözlənilir.