"Qarabağ"ın yetirməsi karyerasını "Beşiktaş"da davam etdirəcək
"Qarabağ"ın yetirməsi Furqan Musayev karyerasını rəsmi olaraq "Beşiktaş"da davam etdirəcək.
Mediasport.az saytına verilən məlumata görə, 1 ildir İstanbul klubunun düşərgəsində olan 13 yaşlı istedadlı hücumçu "qara qartallar"ın seçimlərindən uğurla keçərək U-14 komandasına cəlb olunub.
Türkiyə nəhəngi Furqanı öz futbolçusu kimi Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirib.
O, Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayevin oğludur.