"Qarabağ" yunanları Yunanıstanda əzib keçdi - Avropa Liqası

"Qarabağ" yunanları Yunanıstanda əzib keçdi - Avropa Liqası

Avropa Liqasının "G" qrupunda 3-cü oyununa çıxan "Qarabağ" Yunanıstanda "Olimpiakos"la qarşılaşıb.

MediaSport.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi ölkə çempionu yunanları darmadağın edib - 3:0.

Qrupda 2-ci qələbə ilə xallarının sayını 6-ya çatdıran Ağdam klubu turnir cədvəlinin ikinci pilləsində yerini möhkəmlədib. Lider "Frayburq" isə evdə "Nant"ı da məğlub edərək 9 xalla birinciliyi qoruyub. 

Avropa Liqası. Qrup mərhələsi, III tur

“Olimpiakos” (Yunanıstan) - “Qarabağ” (Azərbaycan) 0:3

Qollar: Ovusu, 68, Veşoviç 82, Ramil Şeydayev 86.

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

​Pirey. "Georgios Karaiskakis" stadionu

"Olimpiakos": 88. Kostas Tzolakis, 26. Qonsalo Avila, 2. Şimo Vrsaliko, 66. Pape Abu Sisse (28. Valbuena 83), 45. Oleq Reabçuk, 8. Pyerr Kunde (33. Hvanq 74) 5. Andreas Buxalakis (k) (12. Marselo 60), 6. Yans Mvila, 77. Qarri Rodriqes (19. Masuras, 60), 18. Hvanq Ui-co (47. Kamara 74), 21. Pep Byel

Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç (30. Abbas Hüseynov 90+1), 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, (27. Toral Bayramov 46) 7. Riçard Almeyda (6. Julio Romao 65), 2. Qara Qarayev (k), 20. Kadi Borges, 15. Leandro Andrade (77. Ramil Şeydayev, 65), 10. Abdullah Zubir, 11. Kvabena Ovusu (19. Filip ozobiç 90+1)

Baş məşqçi: Qurban Qurbanov.

Xallar: "Frayburq" – 9.  "Qarabağ" – 6. "Nant" – 3. "Olimpiakos" – 0.