AL və KL-də həftənin futbolçusu olmağa namizədlər müəyyənləşdi
Futbol üzrə UEFA Avropa və Konfrans Liqalarında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
mediasport.az xəbər verir ki, Avroliqada namizədlər "Roma"dan Nemanya Matiç, "Bayer"dən Edmond Tapsoba, "Yuventus"dan Federiko Qatti və "Sevilya"dan İvan Rakitiçdir.
Konfrans Liqasında isə "Vest Hem"dən Deklan Rays, Səid Benrahma, "Fiorentina"dan Kristiano Biragi və "Bazel"dən Andi Diuf namizəddir.
Qaliblər UEFA-nın rəsmi saytında səsvermə yolu ilə seçiləcək.