"İmişli" və "Karvan"dan darmadağın - Azərbaycan 1-ci Liqası, 7-ci tur

"İmişli" və "Karvan"dan darmadağın - Azərbaycan 1-ci Liqası, 7-ci tur

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 7-ci tura start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Maliyyə problemləri yaşayan qalmaqallı "İrəvan" Mingəçevir səfərində eyniadlı komandadan üstün olub, "Şamaxı" autsayder "Difai Ağsu"ya qalib gəlib, "İmişli" və "Karvan" isə turu darmadağınla başa vurub.

"Qaradağ Lökbatan" - MOİK qarşılaşması sabah keçiriləcək.


Azərbaycan 1-ci Liqası. 7-ci tur


Şamaxı - Difai Ağsu 2:0

Qollar: Elşad Tağıyev, 16, Cəlal Cəbrayılov, 45.


Mingəçevir - İrəva 0:2

Qollar: Vüsal Əsgərov, 45+4 (pen.), Famil Camalov, 89.


İmişli - Zaqatala 4:0

Qollar: Xəzər Mahmudov, 37, 57, Həzrət İsayev, 52, Muxtar Nəzərli, 76.


Araz Saatlı - Karvan 1:5

Qollar: Rəvan Əvəzov, 90 - Ruslan Voronsov, 31, 40, Peter Kinqs, 48, 83, Elnur Mustafazadə, 70.



1 Şamaxı 7 4 2 1 22-8 14
2 MOİK 6 4 2 0 15-5 14
3 İrəvan 7 4 1 2 13-6 13
4 Qaradağ Lökbatan 6 4 1 1 8-4 13
5 Karvan 7 3 2 2 14-9 11
6 İmişli 6 3 1 2 10-5 10
7 Mingəçevir 7 2 1 4 7-14 7
8 Zaqatala 6 1 3 2 7-8 6
9 Araz Saatlı 7 1 0 6 6-29 3
10 Difai Ağsu 7 0 1 6 2-16 1


Bombardirlər:

Elşad Tağıyev ("Şamaxı") - 6 qol

Emin Zamanov ("Şamaxı") - 5 qol

İsa Zeynallı (MOİK) - 4 qol

Cəlal Cəbrayılov ("Şamaxı") - 4 qol

Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 3 qol

Famil Camalov ("İrəvan") - 3 qol

Elmir Rəhimzadə (MOİK) - 3 qol

Peter Kinqs ("Karvan") - 3 qol

Xəzər Mahmudov ("İmişli") - 3 qol