"Qarabağ"dan təqdirəlayiq addım
"Qarabağ" futbol klubu "Sirab" ASC birlikdə Binə qəsəbəsində yerləşən "Ümid yeri" uşaq sığınacağının qonağı olub.
mediasport.az xəbər verir ki, Ağdam klubunun direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular - Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.
Əmrah Çəlikəl uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb.
Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.