"Qarabağ"ın oyununa biletlərin qiyməti 3 manatdan başlanır

"Qarabağ"ın oyununa biletlərin qiyməti 3 manatdan başlanır

Futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri iticket.az saytı vasitəsilə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər, həmçinin, oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş sabah saat 19:00-da start götürəcək.