"Qarabağ"ın rəqibi Avropada əlçatmazdır - "Top-5" liqaların lideri

"Qarabağ"ın rəqibi Avropada əlçatmazdır - "Top-5" liqaların lideri

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi "Bayer" bu mövsüm vurduğu qolların sayına görə "Top-5" liqaların lideridir.

Mediasport.az xəbər verir ki, Almaniya klubu bütün yarışlar daxil, 14 oyuna ümumilikdə 50 dəfədən çox fərqlənib.

Şabi Alonsonun komandası Bundesliqada 27, Avropa Liqasında 11, Almaniya Kubokunda 15 dəfə rəqib qapılarına yol tapıb.