İlin ən yaxşı futbolçusu olmağa yekun namizədlər - SİYAHI

İlin ən yaxşı futbolçusu olmağa yekun namizədlər - SİYAHI

“Globe Soccer Awards” 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədlərin yekun siyahısını dərc edib.

Mediasport.az xəbər verir ki, qalib adı uğrunda 11 nəfər mübarizə aparacaq.

Cud Bellingem, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Kərim Benzema (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Kevin De Brüyne, Erlinq Haaland, Bernardu Silva (hamısı “Mançester Siti”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“İnter Mayami”, ABŞ), Viktor Osimhen (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Kriştianu Ronaldu (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı) ilin ən yaxşısı olmağa namizədlərdir.

Qalib 2024-cü il yanvarın 19-da açıqlanacaq.

Mükafatı son dəfə ötən il Fransa millisinin hücumçusu Kilian Mbappe qazanıb.