"Qarabağ"ın rəqibinin 2 futbolçusu "ən dəyərlilər" siyahısında yer alıb

"Qarabağ"ın rəqibinin 2 futbolçusu "ən dəyərlilər" siyahısında yer alıb

Yanvarın 13-də start götürəcək və fevralın 11-nə qədər davam Afrika Millətlər Kubokunu ən çox qazanan ölkələrin və turnirin ən dəyərli futbolçularının adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Misir millisi bütün rəqiblərindən daha çox - 7 dəfə kuboku başı üzərinə qaldırıb.

Yarışın ən dəyərli futbolçusu isə "Napoli"ndə oynayan nigeriyalı Viktor Osimhen olub.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer"in iki futbolçusu - Viktor Bonifeyslə Edmond Tapsoba da "ən dəyərlilər" sırasında yer alıblar.

Afrika Kubokunu ən çox qazanan ölkələr

1. Misir - 7 dəfə (sonuncu çempionluq: 2010-cu il)

2. Kamerun - 5 dəfə (sonuncu çempionluq: 2017-ci il)

3. Qana - 4 dəfə (sonuncu çempionluq: 1982-ci il)

4. Nigeriya - 3 dəfə (sonuncu çempionluq: 2013-cü il)

5. Əlcəzair - 2 dəfə (sonuncu çempionluq: 2019-cu il)

6. Fil Dişi Sahili - 2 dəfə (sonuncu çempionluq: 2015-ci il)

7. Konqo - 2 dəfə (sonuncu çempionluq: 1974-cü il)

8. Seneqal - 1 dəfə (sonuncu çempionluq: 2022-ci il)

9. Zambiya - 1 dəfə (sonuncu çempionluq: 2012-ci il)

10. Tunis - 1 dəfə (sonuncu çempionluq: 2004-cü il)

Turnirin ən dəyərli futbolçuları

1. Viktor Osimhen (25 yaş, Nigeriya) - 110 milyon avro

2. Əşrəf Hakimi (25 yaş, Mərakeş) - 65 milyon avro

3. Məhəmməd Salah (31 yaş, Misir) - 65 milyon avro

4. Məhəmməd Kudus (23 yaş, Qana) - 45 milyon avro

5. Usman Diomande (20 yaş, Fil Dişi Sahili) - 40 milyon avro

6. Viktor Bonifeys (23 yaş, Nigeriya) - 40 milyon avro

7. Edmond Tapsoba (24 yaş, Burkina Faso) - 40 milyon avro

8. Andre Onana (27 yaş, Kamerun) - 40 milyon avro

9. Seru Qirassi (27 yaş, Qvineya) - 40 milyon avro

10. Nayef Agerd (27 yaş, Mərakeş) - 38 milyon avro


Rövşən