"Qarabağ"ın yeni transferi "Azərsun Arena" ilə tanış oldu - FOTOLAR
“Qarabağ”ın mövsümlərarası fasilədəki ilk transferi Fabiyan Buntiç Bakıda ilk məşqinə çıxıb.
Mediasport.az xəbər verir ki, Almaniya vətəndaşı olan 27 yaşlı xorvat qapıçı “Azərsun Arena”da hazırlıq keçib.
Dünən ölkəmizə gələn qolkiper Azərbaycan çempionu ilə 3 illik müqavilə imzalayıb.
Komanda hazırda istirahətdə olduğu üçün qolkiper fərdi məşq edib.
Xatırladaq ki, Buntiç son iki mövsümü Portuqaliyanın “Vizela” klubunda keçirib.