Avropa Liqasının 2-ci təsnifat mərhələsində 9 görüş baş tutacaq

Avropa Liqasının 2-ci təsnifat mərhələsində 9 görüş baş tutacaq

Futbol üzrə UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk görüşlərinə bu axşam start veriləcək.

Mediasport.az xəbər verir ki, bu raundda 9 oyun keçiriləcək.

Türkiyənin yarışda yeganə təmsilçisi "Trabzonspor" Slovakiya səfərində meydana çıxacaq.

1-ci təsnifatda "Zirə"ni mübarizədən kənarlaşdıran "Şerif" isə Tiraspolda oynayacaq.

Cavab qarşılaşmaları bir həftə sonraya təyin edilib.


UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar


20:00 "Visla" (Polşa) - "Rapid" (Avstriya)

20:30 "Rujemberok" (Slovakiya) - "Trabzonspor" (Türkiyə)

21:00 "Korvinul" (Rumıniya) - "Riyeka" (Xorvatiya)

21:00 "Mölde" (Norveç) - "Silkeborq" (Danimarka)

21:00 "Şerif" (Moldova) - "Elfsborq" (İsveç)

22:00 "Panatinaikos" (Yunanıstan) - "Botev" (Bolqarıstan)

22:30 "Ayaks" (Niderland) - "Voyvodina" (Serbiya)

22:30 "Kilmarnok" (Şotlandiya) - "Serkl Brügge" (Belçika)

23:30 "Braqa" (Portuqaliya) - "Makkabi" (Petah Tikva, İsrail)