"Rəqib komandanın nəticəyə görə necə bayram etdiyini gördüm"
“Çempionatda birinci oyunlar hər zaman həyəcanlı və çətin olur. Futbolçulardan razıyam".
Mediasport.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
Gürcüstanlı mütəxəssis Azərbaycan 1-ci Liqasının ilk turunun "Zaqatala" ilə ev oyunu haqqında fikirlərini bölüşüb.
Təcrübəli çalışdırıcı xal itkisi haqda bunları vurğulayıb:
"Uşaqların hamısı əziyyət çəkdilər, qol imkanlarımız da oldu. Lakin daha çox qol epizodları yaratmaq və onları dəyərləndirmək lazımdır. Rəqibimiz də yaxşı oynadı. Ümumilikdə deyə bilərəm ki, yaxşı oyun oldu.
Heyətimizin 95 faizi dəyişib. Buna baxmayaraq rəqiblərimiz də bizə qarşı çox böyük motivasiya ilə oynayırlar. Mən rəqib komandanın nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm. Bizdə də yaxşı oyun gördük. Amma hücumda keyfiyyəti daha da artırmaq lazımdır”.
Xatırladaq ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.