"Qəbələ" "Olimpiakos"la qarşılaşacaq - Çempionlar Liqası
UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə Macarıstanın "Puşkaş Akademiya" klubunu mübarizədən kənarlaşdıran "Qəbələ"nin növbəti raunddakı rəqibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Famil Xəlilovun komandası bu mərhələdə "Olimpiakos"la qarşılaşacaq.
II raundda rəqibimiz olacaq Yunanıstan təmsilçisi mərhələyə İtaliyanın "Leççe" klubunu hər iki dueldə eyni hesabla məğlub etməklə (3:1) keçib.
"Qəbələ" ilə "Olimpiakos" arasında ilk matç noyabrın 8-də Qəbələdə, cavab görüşü noyabrın 29-da Yunanıstanda keçiriləcək.
Komandamız "Puşkaş Akademiya" ilə Qəbələdə bərabərə qalıb (1:1) səfərdə qalib gəlib - 1:0.
Qeyd edək ki, Azərbaycan futbolu tarixində gənclərin Çempionlar Liqasında klubumuz 2-ci dəfə mərhələ adlayıb.
Hər iki uğura “Qəbələ” imza atıb.