"Qarabağ" səfərdə "Qəbələ"yə qalib gələrək 3-cü pilləyə yüksəlib

 "Qarabağ" səfərdə "Qəbələ"yə qalib gələrək 3-cü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün 7-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.

Uğursuzluq zolağından çıxmağa çalışan "Qəbələ" doğma meydanda relsə düşmüş "Qarabağ"ı qəbul edib və kifayət qədər maraqlı, gərgin alınan matç qonaqların qələbəsilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.


Azərbaycan Premyer Liqası. 7-ci tur


“Qəbələ” – “Qarabağ” 1:2

Qollar: Lukas Afriko, 75 - Hamidu Keyta, 2, Nəriman Axundzadə, 11.

Qırmızı vərəqə: Kevin Medina, 42.

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Qəbələ şəhər stadionu

Qəbələ: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.

Baş məşqçi: Elmar Baxşıyev.

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

1 Zirə 7 5 1 1 7-3 16
2 Səbail 7 4 1 2 12-9 13
3 Qarabağ 7 4 1 2 11-6 13
4 Turan Tovuz 7 3 2 2 11-8 11
5 Araz-Naxçıvan 7 3 1 3 7-8 10
6 Neftçi 7 2 3 2 6-5 9
7 Sumqayıt 6 2 2 2 7-5 8
8 Sabah 6 1 2 3 8-9 5
9 Kəpəz 7 1 2 4 5-11 5
10 Qəbələ 7 1 1 5 5-15 4