"Səbail"dən növbəti qələbə, "Sabah" ardıcıl 8 oyundur qalib gələ bilmir

 "Səbail"dən növbəti qələbə, "Sabah" ardıcıl 8 oyundur qalib gələ bilmir

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları davam etdirilib.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

"Sabah" yenə qələbə qazana bilməyib. Murad Musayevin komandası Avropa Konfrans Liqasının "Partizan"la cavab oyunu daxil, ardıcıl 8-ci oyundur ki, 3 xala həsrət qalıb.

"Səbail" isə növbəti dəfə 3 xala sevinib.

Turun qalan 2 matçı sabah oynanılacaq.


Azərbaycan Premyer Liqası. 9-cu tur


“Qəbələ” – “Səbail” 0:1

Qol: Rüfət Abdullazadə, 90+5.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu, 16:00


“Sabah” – “Araz-Naxçıvan” 1:1

Qollar: Anatoli Nuriyev, 82 -  İsak Belfodil, 76 (avtoqol).

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Bank Respublika Arena”, 18:00



1 Zirə 9 6 1 2 9-5 19
2 Səbail 9 5 2 2 15-11 17
3 Qarabağ 8 5 1 2 16-6 16
4 Araz-Naxçıvan 9 4 2 3 9-9 14
5 Neftçi 8 3 3 2 7-5 12
6 Turan Tovuz 9 3 2 4 12-11 11
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 8 1 4 3 11-12 7
9 Qəbələ 9 2 1 6 6-16 7
10 Kəpəz 8 1 2 5 5-12 5