Şahruddin Məhəmmədəliyevin Türkiyədə debütü uğursuz alınıb
Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" səfərdə "Kasımpaşa"nın qonağı olub.
Yığmamızın qapıçısı 29-cu dəqiqədə qırmızı vərəqə alan Ertac Özbirin yerinə daxil olub və 2 dəqiqə sonra qol buraxıb. Məhəmmədəliyev 1-i penaltidən olmaqla buraxdığı 2 qola üzülüb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
5 oyun keçirən Adana klubu 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.