"Qələbə qaçışı" keçirilib
Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş xeyriyyə məqsədi ilə təşkil olunan "Qələbə qaçışı" başa çatıb.
Mediasport.az xəbər verir ki, Aleksandr Yadsenko 1, Toğrul Məmmədli 2, Bəxtiyar Əsgərli isə 3-cü yeri tutub.
Qadınlar arasında 1-ci yer Ulyana Dadaşova, 2-ci yer Yuliya Belkova, 3-cü yerin qalibi Milana Xəlilova olub.
Qeyd edək ki, yarışda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov da finiş xəttinə çatıb.
“Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.