"Qış kuboku" turniri başa çatıb, qaliblər mükafatlandırılıb

"Qış kuboku" turniri başa çatıb, qaliblər mükafatlandırılıb

Qız və oğlan voleybolçular arasında "Qış kuboku" turniri keçirilib.

Mediasport.az xəbər verir ki, yeni il münasibətilə təşkil edən turnir 189-190 nömrəli orta məktəbin idman zalında baş tutub və 6 komanda mübarizə aparıb.

21-22 dekabrda keçirilən kubokun qalib cütünə kubok, digər iştirakçılara isə diplomlar təqdim olunub.

Qeyd edək ki, payız və qış aylarında çimərlik voleybolçuların məşq prosesi qapalı zalda keçirilir.