Vüsal İsgəndərlidən Albaniya Superliqasında növbəti qol

Vüsal İsgəndərlidən Albaniya Superliqasında növbəti qol

“Eqnatiya” klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya Superliqasında növbəti qolunu vurub.

Mediasport.az xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 15-ci turun “Vlajniya” ilə ev oyununda fərqlənib.

O, 41-ci dəqiqədə fərqlənməklə çempionatda vurduğu qolların sayını 5-ə çatdırıb.

Vüsal "Eqnatiya"da cari mövsümdən çıxış edir və ümumilikdə 21 matç keçirib.