Dadaşov İsveçrədə cari mövsüm "siftə"sini "Bazel"lə oyunda etdi

Dadaşov İsveçrədə cari mövsüm "siftə"sini "Bazel"lə oyunda etdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov formasını geyindiyi İsveçrənin "Qrasshopper" klubunda növbəti qolunu vurub.

mediasport.az xəbər verir ki, 24 yaşlı forvard doğma meydanda "Bazel"lə 3-cü tur görüşündə fərqlənib.

Dadaşov 37-ci dəqiqədə komandasının 3-cü qolunun müəllifi olub.

Bu, Renatın İsveçrə klubunda cari mövsüm ilk, ümumilikdə 9-cu qolu olub.