Azərbaycan milli komandası FİFA reytinqində daha iki pillə gerilədi

Azərbaycan milli komandası FİFA reytinqində daha iki pillə gerilədi

Milli komandaların onlayn FİFA reytinq cədvəlinə görə, Azərbaycan millisi iki pillə geriləyib.

Mediasport.az xəbər verir ki, Sudan və Qvineya-Bissau yığmaları (hər ikisi Afrika qitəsi) xal hesablarını artırıb və yığmamızı keçib.

Buna qədər Livan, Zimbabve və Komor adalarından da geri düşən Azərbaycan artıq cədvəldə 118-ci pillədə qərarlaşıb.

Millimizin hesabında 1161,79 xal var. Ötən FİFA reytinqində 113-cü olan yığmamız ümumilikdə 5 pillə geri düşüb.