"Real Bakı" və "Qalaxy Bakı" böyükhesablı qələbə qazanıb
Minifutbol üzrə Azərbaycan çempionatında 7-ci tur başa çatıb.
Mediasport.az xəbər verir ki, ikinci gündə daha 4 oyun keçirilib.
Futbol üzrə Azərbaycan millisinin sabiq üzvlərindən formalaşdırılan “İnter” komandası “Qalaxy Bakı”ya minimal fərqlə məğlub olub. "Real Bakı", "Atəşgah Suraxanı" və "Abşeron" da hesablarına 3 xal yazdırıblar.
Xatırladaq ki, bir gün əvvəl keçirilən oyunlarda "Birbaşa Bakı" "Dirçəliş"i, "Zirə" "Baku Fire"ni 7:0, "Odlar Yurdu" "Veteran"ı 3:0, "Sumqayıt" "Turan"ı 3:2 hesabı ilə məğlub edib.
Azərbaycan çempionatı. 7-ci tur
"Dinamo Gəncə" - "Real Bakı" 4:6
"Qalaxy Bakı" - "İnter" 6:5
"Siyəzən" - "Atəşgah Suraxanı" 2:5
"Aznur" - "Abşeron" 2:4