Azər Məmmədov: "Yaxşı oynadıq"
"Kəpəz" Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Turan Tovuz"u qəbul edib.
mediasport.az xəbər verir ki, Gəncə təmilçisi doğma meydanda 0:2 hesabı ilə uduzub.
Komandanın baş məşqçisi Azər Məmmədov oyun haqda bunları deyib:
“Rəqibi analiz etmişdik. Bilirdik ki, Ayxan Abbasovun öz oyun stili var. Qapımızda gözlənilməz qol gördük. Komandamız qolun təsirindən ayılmamış ikinci qolu buraxdı. Buna baxmayaraq, yaxşı futbol oynadıq. Futbolçularıma sonadək vuruşduqlarına görə təşəkkür edirəm. Çempionat yeni başlayıb. Hələ turnir cədvəlində olan durum yekun vəziyyət deyil. Xal baxımından “Turan Tovuz”dan çox da geridə deyilik. Oyunçularım final fitinə qədər çalışdılar ki, hesabı dəyişsinlər. Ancaq təəsüflər olsun ki, alınmadı. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm”.