Rahilin Polşa klubunda debüt oyunu qələbə ilə yekunlaşdı
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun Polşanın Yüksək Liqa (Ekstraklasa) təmsilçisi "Radomiak"da debütü uğurlu alınıb.
Mediasport.az xəbər verir ki, yığma üzvünün yeni müqavilə bağladığı Radom klubu 2024/2025-ci illər mövsümünə qələbə ilə başlayıb.
29 yaşlı futbolçunun komandası səfərdə QKS-i (Katoviçe) məğlub edib - 2:1.
Məmmədov meydana 90+1-ci dəqiqədə daxil olub və 4 dəqiqə oynayıb.
Xatırladaq ki, Rahil ötən mövsümün ikinci yarısını yekunda aşağı liqaya düşmüş LKS-də keçirib.